Azərbaycanın magistral neft kəmərləri ilə nəqletmə AZALACAQ

 16:08 28.10.2019     282

Azərbaycanın magistral neft kəmərləri ilə 2023-cü ildə 40 mln. ton neft nəql ediləcəyi proqnozlaşdırılır ki, bu da 2019-cu il üçün olan proqnozla müqayisədə 1,2% azdır.

Redaktor.az-ın Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfinə istinadən verdiyi məlumata görə, bu il ölkədə magistral neft kəmərləri ilə 40,5 mln. ton neft nəql ediləcəyi gözlənilir.

Sənədə əsasən, 2020 ildə respublikada 40,6 mln. ton, 2021-ci ildə – 40,9 mln. ton, 2022-ci ildə isə 40,8 mln. ton neftin nəqli proqnozlaşdırılır.

Ümumiyyətlə, nəqliyyat sektorunda yük daşımalarının bu il 238,1 mln. ton, 2020-ci ildə – 244,9 mln. ton, 2021-ci ildə – 253,2 mln. ton, 2022-ci ildə – 258,1 mln ton, 2023-cü ildə isə 261,5 mln. ton olacağı proqnozlaşdırılır.