Azərbaycanda pul kütləsi ilin əvvəlindən 10%-dən çox artıb

 16:19 30.10.2019     598

Bu ilin oktyabrın 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi 26 550,6 mln. manat təşkil edib ki, bu da əvvəlki aya nisbətən 1 067,9 mln. manat və ya 4,2% çoxdur.

Azərbaycan Mərkəzi Bankından (AMB) Redaktor.az-a verilən məlumata görə, ilin əvvəlindən bu göstərici 2 490,2 mln. manat və ya 10,3%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 3 404,2 mln. manat və ya 14,7% artıb.

Cari ilin oktyabrın əvvəlinə ölkədə manatla geniş pul kütləsinin həcmi 16 217,4 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 268,8 mln. manat və ya 1,7%, ilin əvvəlindən 1 573,8 mln. manat və ya 10,7%, son bir ildə isə 2 718,5 mln. manat və ya 20,1% artıb.

Qeyd edək ki, pul kütləsi ölkədə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.