Azərbaycanda problemli kreditlər ilin əvvəlindən 9% azalıb

 16:51 30.10.2019     603

Bu ilin oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 1 442,9 mln. manat təşkil edib ki, bu da son bir ayda 48,4 mln. manat və ya 3,2% azdır.

Redaktor.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, ölkədə problemli kreditlərin həcmi cari ilin əvvəlindən 142,1 mln. manat və ya 9%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 305,8 mln. manat və ya 17,5% azalıb.