Bakı üzrə ticarət dövriyyəsi 15 mlrd. manatı ötüb

 14:15 31.10.2019     403

Bu ilin yanvar-sentyabr aylarında Bakı üzrə ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 3,4% artaraq 15 019,9 mln. manat olub.

Bakı Statistika İdarəsindən Redaktor.az-a verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9% artaraq 6 859,8 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4% artaraq 8 160,1 mln. manata bərabər olmuşdur.

Məlumata əsasən, istehlak məhsullarının 28,6% hüquqi şəxs statuslu müəssisələrdə, 47,3% fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 24,1% isə paytaxtın məhsul bazarlarında satılmışdır.