Bakıda kimya məhsullarının istehsalı artıb

 18:00 31.10.2019     358

Bu ilin yanvar-sentyabr aylarında Bakıda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 290,2 mln. manatlıq məhsul istehsal edilib.

Bu barədə Redaktor.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata əsasən, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 45,3%, rezin və plastik kütlə məmulatlarının istehsalında 6,3% artıb, əczaçılıq məhsullarının istehsalında isə 0,1% azalma müşahidə edilib.

Bakıda kimya məhsullarının istehsalı göstəriciləri:

Məhsul növləri

 

2019-cu il, yanvar-sentyabr

Əvvəlki ilin yanvar-sentyabrı ilə nisbətən, %

Azot, min kub metr

663,0

43,2

Oksigen, min kub metr

2 482,0

71,8

Barium sulfat, min ton

42,3

95,2

Naften turşuları, ton

1 729,1

132,8

Lak-boya məmulatları,  ton

14 764,9

195,5