Ölkədə qızıl-gümüş bazarında QİYMƏTLƏR ucuzlaşdı

 22:59 12.11.2019     341

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Redaktor.az-ın məlumatına görə, noyabrın 12-də qızılın qiyməti noyabrın 8-i ilə müqayisədə 22,3295 manat azalaraq 1 unsiya üçün 2475,5485 manat təşkil edib.

Gümüş 0,2091 manat ucuzlaşaraq 1 unsiya üçün 28,7033 manata bərabər olub.