ABŞ “Brent”markalı neftin qiymətinə dair proqnozunu artırıb

 03:12 14.11.2019     405

ABŞ Energetika Nazirliyi “Brent” markalı neftin qiyməti ilə bağlı 2019-cu il üçün proqnozunu 63,37 dollar/bareldən 63,59 dollar/barelə yüksəldib.

Redaktor.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Nazirliyin aylıq proqnoz hesabatında bildirilir.

2020-ci il üçün “Brent” markalı neftin orta qiymət proqnozu isə 60,01 dollar/barel olaraq müəyyən edilib.

Hesabatda qeyd olunub ki, “WTI” markalı neft üçün 2019-cu ilin orta qiymət proqnozu 56,45 dollar, 2020-ci il üçün isə 54,06 dollar ehtimal edilir.

Rüfət Xəlil / Redaktor.az