Dünyanın ən bahalı küçələri məlum oldu - Kvadrat metri 26 min avro...
Dünyanın ən bahalı küçələrinin siyahısı hazırlanıb.
Redaktor.az xəbər verir ki, bu siyahını Cushman & Wakefield əmlak şirkəti tərtib edib.
Siyahıda birincilik Honkqonqun Kozuey-Bey küçəsinə qismət olub. Bu küçədə ticarət obyektinin bir kvadrat metri illik 25,96 min avroya təklif edilir.
İkinci yerdə Nyu-Yorkun məşhur 5-ci Avenyusu qərarlaşıb.
Üçüncülük Londondakı Nyu-Bond strit küçəsinə nəsib olub.
Reytinq siyahısına həmçinin Tokiodakı Qindza, Parisdəki məşhur Yelisey çölləri və Milandakı Via Montenapoleon küçəsi də düşüb.
Rüfət Xəlil / Redaktor.az