Azərbaycanda ÜDM 2,1% artıb

 12:23 15.11.2019     317

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 65 415,1 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1% çox ümumi daxili məhsul istehsal edilib.

Redaktor.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5%, neft-qaz sektorunda isə 0,2% artıb.

Bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilmişdir. İnformasiya və rabitə sahələrində əlavə dəyər 16,1%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 7,3%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 5,5%, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 3,1%, sənayedə 1,7%, nəqliyyat və anbar təsərrüfatı sahələrində 0,5%, digər xidmət sahələrində 3% artıb, tikintidə isə 6,2% azalıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 6 609,6 manata bərabər olub.

Qeyd edək ki, Azərbaycan hökumətinin proqnozlarına əsasən, bu il ölkə iqtisadiyyatının 3,2%, 2020-ci ildə isə 2,4% artacaq.