Azərbaycan neft məhsullarının ixracını yanvar-oktyabrda 14% azaldıb

 15:47 15.11.2019     298

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 368 116,74 min ABŞ dolları dəyərində 768 292,84 ton neft məhsulları ixrac edib.

Redaktor.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 20%, həcmi isə 14,2% azalıb.