Azərbaycan elektrik enerjisinin ixracını ARTIRIB

 18:30 15.11.2019     329

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 62 947,47 min ABŞ dolları dəyərində 1 455 380,80 min kVt-saat elektrik enerjisi ixrac edib.

Redaktor.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 5,6%, həcmi isə 15% artıb.