Neftin bahalaşması davam edir

 09:44 16.11.2019     278

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin yanvar müqaviləsinin dəyəri 1,7% artaraq 1 barelə görə 63,34 dollar təşkil edib.

Redaktor.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında dekabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 1,96% artaraq 57,88 dollar təşkil edib. /Apa