Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımalar 28% azalıb

 16:15 22.11.2019     1017

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 4 893,8 min ton təşkil edib, buda keçən ilin müvafiq dövrü ilə müqayisədə 28,3% azdır.

Dövlət Statistika Komitəsindən Redaktor.az-a verilən məlumata görə, dəniz nəqliyyatı ilə yüklərin 34,4%-ni neft yükləri təşkil edib.

Məlumata əsasən, dəniz limanları tərəfindən 6 775,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 6 214,0 min tonunu və ya 91,7%-ni tranzit yüklər təşkil edib. Bu il noyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 195,9 min ton olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 30,9% artaraq 17,8 min nəfər olub.