Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 11% artıb

 12:37 25.11.2019     266

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 2 300,9 min və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 11,1% çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən Redaktor.az-a verilən məlumata əsasən, hava nəqliyyatı ilə daşımaların 99,9% dövlət, 0,1% isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Məlumata əsasən, ötən dövr ərzində bu nəqliyyat növü ilə yükdaşıma 4,4% azalaraq 159,1 min ton təşkil edib.