Azərbaycan Qaz İxrac edən Ölkələr Forumunun V Sammitində iştirak edəcək

 10:00 27.11.2019     312

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum – GECF) tədbirlərində iştirak məqsədilə Ekvatorial Qvineyaya səfər edib.

Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, 28-29 noyabr 2019-cu il tarixlərində Ekvatorial Qvineyanın paytaxtı Malaboda Qaz İxrac edən Ölkələr Forumunun Nazirlər Görüşü, həmçinin dövlət və hökumət başçılarının V Sammiti keçiriləcək.

Sammitdə qlobal qaz bazarının mövcud vəziyyəti və perspektivlərinin, eləcə də qaz ixrac edən ölkələr arasında əməkdaşlığın inkişafı ilə bağlı məsələlərin müzakirəsi və Bəyannamənin imzalanması nəzərdə tutulur.