"SOCAR Carbamid" zavodu gələn il istehsalı 5 dəfə artırmaq niyyətindədir

 12:37 27.11.2019     284

Gələn il karbamid istehsalı üzrə "SOCAR Carbamid" zavodu tam gücü ilə işləməyə başlayacaq.

Redaktor.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "SOCAR Carbamid" zavodunun rəhbəri Xəyal Cəfərov bildirib.

Onun sözlərinə görə, hazırda zavod gündəlik 1 800-2 000 ton məhsul istehsal edir.  Məhsulun istehsalı üçün müəssisə sutkada 1,5 mln. kubmetrdən artıq qaz qəbul edir.

X. Cəfərov qeyd edib ki, gələn il zavodda 600-650 min ton karbamidin istehsalı gözlənilir, bunun da 500-550 min tonu ixraca yönəldiləcək. İxracın təxminən 75-80% Türkiyənin payına düşəcəyi gözlənilir: “Bu il zavod 130 min tona yaxın məhsul istehsal edib, bunun 100 min tonu ixraca yönəldilib, 15 min tonu daxili bazarda satılıb, qalan hissəsi isə anbarda yerləşdirilib”.//Apa.az