Ötən həftə ABŞ-ın neft ehtiyatları 1,57 milyon barel artıb

 04:12 28.11.2019     311

Ötən həftə ABŞ-ın neftin ticarət ehtiyatları 1,572 milyon barel artıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" bildirib.

Ölkənin Energetika Nazirliyinin məlumatına əsasən noyabrın 22-də Birləşmiş Ştatların neft ehtiyatları 451,952 milyon barel təşkil edib.

"Bloomberg" agentliyi tərəfindən rəyi soruşulmuş analitiklər bildiriblər ki, neft ehtiyatlarının 878 min barel azalacağını gözləyiblər.

2020-ci ilin yanvarında "Brent" markalı neftin Londonun ICE birjasında bir barelinin fyuçers qiyməti 0,16%-ə qədər ucuzlaşaraq, 63,11 dollar təşkil edib. /report/