Dünya birjalarında neftin SON QİYMƏTİ

 09:07 28.11.2019     311

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin yanvar müqaviləsinin dəyəri 0,22% azalaraq 1 barelə görə 63,92 dollar təşkil edib.

Redaktor.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında 2020-ci ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,38% azalaraq 57,89 dollar təşkil edib.