Gürcüstanın neft və neft yağları idxalının 11,4%-i Azərbaycanın payına düşüb

 12:36 28.11.2019     318

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Gürcüstana 124,655 ton neft və neft yağları ixrac edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib. Hesabat dövründə Gürcüstana ixrac edilən neft və neft yağlarının ümumi dəyəri isə 68 708,5 min ABŞ dolları təşkil edib.

Yanvar-oktyabr ayları ərzində Gürcüstanın idxal etdiyi neft və neft yağlarının ümumi dəyəri 616 249,5 min dollar təşkil edib ki, bunun da 11,4%-i Azərbaycanın payına düşüb. İllik müqayisədə isə Gürcüstanın neft və neft məhsullarının idxalı – 15,6% azalaraq ümumi idxalın 8,4%-ni təşkil edib.//Apa.az