Gürcüstandan Azərbaycana gətirilən avtomobillərin ÜMÜMİ DƏYƏRİ

 14:30 28.11.2019     391

Bu ilin yanvar-oktyabr ayları ərzində Gürcüstan Azərbaycana 17 504 ədəd avtomobil ixrac edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib. Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi avtomobillərin ümumi dəyəri 187 903,5 min ABŞ dolları təşkil edib.

Cari ilin yanvar-oktyabr ayları ərzində Gürcüstanın avtomobil ixracının ümumi həcmi 529 470,8 min dollar təşkil edib. Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixracında 35,48% paya sahib olub. Hesabat dövrü ərzində Gürcüstanın avtomobil ixracı illik müqayisədə 5,1% artaraq ümumi ixracın 7,2%-ni təşkil edib.//Apa.az