Azərbaycan bu il Gürcüstandan 12,4 mln. dollarlıq mal-qara idxal edib

 18:07 28.11.2019     279

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Gürcüstandan 4 872,2 ton canlı iribuynuzlu mal-qara idxal edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib. Hesabat dövründə Azərbaycanın bu ölkədən idxal etdiyi canlı iribuynuzlu mal-qaranın ümumi dəyəri 8 435,7 min dollar təşkil edib.

Cari ilin ilk 10 ayı ərzində Azərbaycanın Gürcüstandan canlı qoyun və keçi idxalı isə 1 959,2 ton təşkil edib və ümumi dəyəri 3 950,8 min dollara bərabər olub.//Apa.az