Azərbaycanın Energetika naziri "OPEC plus" nazirlərinin 7-ci iclasında iştirak edəcək

 14:04 04.12.2019     325

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd Sanusi Barkindonun dəvəti ilə Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edib.

Energetika Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, nazir dekabrın 6-da keçiriləcək OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 7-ci görüşündə iştirak edəcək.

“OPEC plus” nazirlərinin Vyana görüşündə qlobal neft bazarının vəziyyəti müzakirə ediləcək. OPEC-in dünya iqtisadiyyatı və neft bazarının inkişaf tendensiyalarının təhlili əsasında hazırlanmış təqdimatı və ölkələr üzrə öhdəliklərin icra göstəriciləri nəzərdən keçiriləcək.

Qeyd edək ki, 2018-ci ilin dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu ilin 1 iyul tarixindən 2020-ci ilin I rübünün sonunadək uzadılıb.