2022-ci ilə qədər Azərbaycana idxal edilən quş ətinin 1 kiloqramı üçün 1 dollar gömrük rüsumu tətbiq ediləcək

 22:16 04.12.2019     50

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Redaktor.az-ın məlumatına görə, qərara əsasən, Azərbaycana idxal olunan  quş ətinə tətbiq edilən spesifik rüsumun vaxtı 2021-ci ilin sonunadək uzadılıb.

Başqa sözlə, 2019-cu il dekabrın 15-dək ölkəyə idxal edilən quş ətinin 1 kiloqramına 1 ABŞ dolları gömrük rüsumu tətbiq edilməli, dekabrın 15-dən isə quş əti üçün gömrük rüsumu 15 faiz (gömrük dəyərinə görə faizlə) olmalı idi. Nazirlər Kabinetinin son qərarına əsasən, quş ətinə tətbiq edilən spesifik rüsumların müddəti 31 dekabr 2021-ci ilə qədər uzadılıb. Başqa sözlə, 2021-ci il dekabrın 31-dək Azərbaycana idxal edilən quş ətinə tətbiq edilən gömrük rüsumu 15 faiz deyil, 1 kiloqramı üçün 1 ABŞ dolları olacaq.