"Boeing"in tədarükü 2 dəfə azalıb

 21:24 11.12.2019     279

Bu ilin yanvar-noyabr aylarında ABŞ-ın təyyarə istehsalçısı "Boeing" korporasiyası müştərilərinə 345 təyyarə çatdırıb. 

Redaktor.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51% və yaxud, təxminən, 2 dəfə az, onun Avropadan olan rəqibi "Airbus" şirkətinin təyyarə tədarükünün isə yarısı qədərdir. 

Xatırladaq ki, "Boeing"in "737 Max" tipli təyyarələrində yaşanan qəzalardan sonra ABŞ-ın Federal Aviasiya Administrasiyası analoji təyyarələrin uçuş icazəsini ləğv edib.