Azərbaycanda fiziki şəxslərin manat əmanətləri 27% artıb

 14:30 13.12.2019     331

Azərbaycanda fiziki şəxslərin banklardakı manatla olan əmanətləri ilin əvvəlindən 26,9% və ya 845,25 mln. manat artaraq dekabrın 1-nə 3 987,5 mln. manata yüksəlib.

Azərbaycan Mərkəzi Bankından (AMB) Redaktor.az-a verilən məlumata görə, monetar şəraitin yumşalmasının depozit faizlərinə azaldıcı təsirlərinə baxmayaraq fiziki şəxslərin manat əmanətlərinin artması milli valyutada yığımların cəlbediciliyini göstərir.