Azərbaycanda mobil rabitə sektorunun gəliri 815 mln. manatı ötüb

 14:45 13.12.2019     302

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 815,2 mln. manat təşkil edib.

Bu barədə Redaktor.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6% artıb.

Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 41,5%-ni təşkil edib.

Komitədən həmçinin bildirilib ki, bu ilin 11 ayı ərzində informasiya və rabitə müəssisələri tərəfindən 1 964,2 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 72,8%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 15,9% artıb. Bu sahədə əldə olunan gəlirin 82,4%-i qeyri-dövlət sektorunun payına düşüb.