Azərbaycanın xarici ölkələrlə qarşılıqlı maliyyə xidmətlərinin dövriyyəsi AZALIB

 11:05 16.12.2019     246

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın xarici ölkələrlə qarşılıqlı maliyyə xidmətlərinin dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% azalaraq 37,512 mln. ABŞ dolları təşkil edib.

Azərbaycan Mərkəzi Bankından Redaktor.az-a verilən məlumata görə, hesabat dövrüində maliyyə xidmətləri üzrə idxalın (33,405 mln. dollar) ixracı (4,107 mln. dollar) 8 dəfə üstələməsi nəticəsində 29,298 mln. dollar həcmində kəsir yaranıb.

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə göstərilən maliyyə xidmətlərinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% azalaraq 33,405 mln. dollar məbləğində olub.

Hesabat dövründə qeyri-rezidentlərə göstərilən maliyyə xidmətlərinin dəyəri  ötən ilin müvafiq dövrünə nisbətən 2,3 dəfə azalaraq 4,107 mln. dollar təşkil edib.