Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsinin artım tempi ZƏİFLƏYİB

 10:46 17.12.2019     272

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın Avropa İttifaqı ölkələri ilə apardığı  ticarət dövriyyəsinin həcmi 12 178,5 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 113,7 mln. dollar və ya 1% çoxdur.

Cari ilin on bir ayında ötən ilin analoji dövrü ilə müqayisədə ixracın həcmi 50,4 mln. dollar və ya 0,5% artaraq 10 015,3 mln. dollara, idxalın həcmi isə 63,3 mln. dollar və ya 3% artaraq 2 163,2 mln. dollara bərabər olub.

Hesabat dövründə 7 852,1 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 mln. dollar və ya 0,2% azalıb.

Qeyd edək ki, cari ilin əvvəli və ortalarında Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsinin artım templəri 20-30% civarında, daha sonra isə 3-4% civarında olub.//Apa.az