Azərbaycan xarici dövlət borcu üzrə faiz ödənişlərinin yuxarı həddini AZALDIB

 16:45 25.12.2019     327

Azərbaycanın 2020-ci ildə xarici dövlət borcuna xidmətlə bağlı xərcinin yuxarı həddi 1 695 012,878 min manat məbləğində təsdiqlənib.

Redaktor.az-ın 2020-ci il dövlət büdcəsinə istinadən verdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə limit 21% və ya 467 158,134 min manat həcmində azaldılıb.

Xarici dövlət borcuna xidmətlə bağlı faiz ödənişlərinin yuxarı həddi isə 517 885,588 min manat nəzərdə tutulub ki, bu da əvvəlki illə müqayisədə 14% və ya 83 933,558 min azdır.

Qeyd edək ki, Azərbaycanın 2020-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi 400 000,0 min manat, xarici dövlət borclanmasının yuxarı həddi 1 000 000,0 min manat təsdiq edilib.//Apa.az