Fermerlərə subsidiyalar yeni nəsil kartlar vasitəsilə VERİLƏCƏK

 13:50 26.12.2019     479

"Azərbaycanda fermerlərə subsidiyaların verilməsi gələn ildən etibarən yeni nəsil fermer kartları vasitəsilə həyata keçiriləcək".

Redaktor.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev deyib.

Onun sözlərinə görə, kartlarda məbləğin 25%-nin nağdlaşdırılması, qalan 75%-nin isə nağdsız qaydada istifadə edilməsi ilə bağlı bütün texniki imkanlar formalaşdırılıb.

"Artıq dünəndən etibarən fermer kartlarının "Kapital Bank" filialları vasitəsilə Xaçmaz rayonunda verilməsinə başlanılıb. Artıq fermerlərə növbəti ilin fevral ayının əvvəllərinədək fermer kartlarının tam şəkildə paylanılması həllini tapacaq. Qeyd edim ki, fermer kartları dövlət tərəfindən pulsuz olaraq paylanılır və fermerlər öz subsidiyaları bu kartlardan istifadə edərək əldə biləcəklər", - deyə M. Əliyəv izah edib.//Apa.az