Ceyhan terminalından bu il neftlə yüklənmiş 293 tanker yola salınıb

 10:30 27.12.2019     341

Türkiyənin "BOTAS International Limited" (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından bu günədək 3,36 mlrd. bareldən çox neft yola salınıb.

Bu barədə BIL-dən bildirilib.

Qeyd edək ki, Ceyhan limanından Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqlarından hasil edilən neft dünya bazarlarına çıxarılır.

Məlumata görə, hesabat dövründə terminaldan 4 378 tanker AÇG nefti ilə yüklənilib. Bu il (dekabrın 28-ə olan vəziyyətə görə) Ceyhan neft terminalından 230,79 mln. barel neft və 293 tanker yüklənilib.

Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur.//Apa.az