AZAL səmanı bütün aviaşirkətlər üçün açır

 12:27 27.12.2019     310

Azərbaycan mülki aviasiyasının tarixində ilk dəfə beşinci və yeddinci qrup "hava azadlığı" ölkənin bütün beynəlxalq hava limanlarında heç bir maneə olmadan tətbiq olunacaq.

AZAL-dan verilən məlumata görə, 1 yanvar 2020-ci il tarixindən etibarən sözügedən "hava azadlığı" qrupları Azərbaycanın hava limanlarından Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuşlar həyata keçirməyə imkan verəcək.

Məlumata əsasən, "hava azadlığı" qrupu hər hansı bir ölkəyə məxsus aviaşirkətin təyyarələrinin digər dövlətin hava məkanında fəaliyyətini tənzimləyən qaydalar toplusudur. Azadlıq dərəcəsi nə qədər yüksək olarsa, xarici aviaşirkətə məxsus təyyarənin də Azərbaycanın hava məkanında daha çox hərəkət etməsinə icazə verilir.