Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

 04:29 28.12.2019     327

Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.

Dekabrın 27-də qızılın qiyməti dekabrın 26-ı ilə müqayisədə 16,915 manat artaraq 1 unsiya üçün 2572,0235 manat təşkil edib.

Gümüş 0,0988 manat ucuzlaşaraq 1 unsiya üçün 30,4209 manata bərabər olub.