Xaricilərin Azərbaycan banklarındakı əmanətləri azalıb

 15:53 02.01.2020     223

Ötən ilin dekabrın 1-nə qeyri-rezidentlərin Azərbaycanın kommersiya banklarındakı əmanətlərinin həcmi 511,5 mln. manat təşkil edib.

Redaktor.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, əmanətlərin həcmi aylıq müqayisədə 20%, illik ifadədə isə 33% azalıb.

Dekabrın 1-nə əsasən xarici ölkə vətəndaşlarının banklardakı əmanətlərinin 396,1 mln. manatı və ya 77,4%-i xarici valyutada yerləşdirilib. AMB-nin məlumatına görə, əcnəbilərin xarici valyuta ilə yerləşdirilmiş əmanətlərinin həcmində noyabrın 1-i ilə müqayisədə 25%-lik, 2018-ci il dekabrın 1-nə nisbətən isə 40%-lik azalma qeydə alınıb. //APA