Azərbaycanda elektrik enerjisi istehsalı artıb

 09:22 03.01.2020     268

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda elektrik stansiyaları 21,9 milyard kilovat-saat elektrik enerjisi istehsal ediblər, bu isə 2018-ci ilin analoji dövrünün göstəricilərindən 4,2 faiz artıqdır.

Redaktor.az Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, göstərilən dövrdə istehsal olunan elektrik enerjisinin 21,1 milyard kilovat-saatı əmtəə hesabına olub, bu isə 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 4,5 faiz daha çoxdur.

Hesabat dövründə istehsal olunan elektrik enerjisinin ümumi həcmindən 19,5 milyard kilovat-saatı istilik elektrik stansiyalarının payına düşüb, bu isə 2018-ci ilin analoji dövrünün göstəricilərindən 5,6 faiz artıqdır.

Göstərilən dövrdə Azərbaycanın su elektrik stansiyaları 1,46 milyard kilovat-saat elektrik enerjisi istehsal ediblər (10,3 faiz azalma).

Hesabat dövründə Azərbaycanda külək enerjisi istehsal edən mənbələr 100 milyon kilovat-saat elektrik enerjisi istehsal edib (bir ilə ikiqat artım), günəş enerjisi istehsal edən mənbələr isə 40,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edib (9,4 aiz artım).