Neftin bahalaşması davam edir

 10:24 04.01.2020     309

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin mart müqaviləsinin dəyəri 3,64% artaraq 1 barelə görə 68,66 dollar təşkil edib.

Redaktor.az xəbər verir ki, "APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında fevralda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 3,02% artaraq 63,03 dollar təşkil edib.