Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi ötən il 15% artıb

 13:23 14.01.2020     202

Ötən il ərzində Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 4 610,98 mln. ABŞ dolları təşkil edib ki, bu da 2018-ci il ilə müqayisədə 610,62 mln. dollar və ya 15,3% çoxdur.

Redaktor.az-ın Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 40,22 mln. dollar və ya 3,5% artaraq 1 178,44 mln. dollar, idxal isə 570,4 mln. dollar və ya 19,9% artaraq 3 432,54 mln. dollar təşkil edib.

Nəticədə, hesabat dövründə 2 254,1 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici 2018-ci ilin analoji dövrü ilə müqayisədə 530,18 mln. dollar və ya 30,7% artıb.