Azərbaycan qara metal ixracını AZALDIB

 15:00 14.01.2020     679

Ötən il Azərbaycan 57 576 min ABŞ dolları dəyərində 95 090,13 ton qara metallar və onlardan hazırlanan məmulatları ixrac edib.

Redaktor.az-ın Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi qara metallar və onlardan hazırlanan məmulatlarının dəyəri 2018-ci ilin göstəricisi ilə müqayisədə 33,2%, həcmi isə 25,5% azalıb.