Dünya birjalarında neftin SON QİYMƏTİ

 09:45 16.01.2020     449

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin mart müqaviləsinin dəyəri 0,69% artaraq 1 barelə görə 64,44 dollar təşkil edib.

Redaktor.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında fevralda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,73% artaraq 58,23 dollar təşkil edib.