Gürcüstanın yanacaq idxalının 15%-i ötən il Azərbaycanın payına düşüb

 11:53 16.01.2020     454

2019-cu ildə Gürcüstan Azərbaycandan 170,2 min ton benzin və dizel yanacağı idxal edib.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin illik hesabatında bildirilib.

Qeyd olunub ki, Azərbaycandan idxal edilən yanacaq hesabat dövründə ölkənin ümumi idxalının 15%-ni təşkil edib.

Ötən il  Gürcüstanın  benzin və dizel yanacağının idxalı ümumilikdə 1 096,0 min ton təşkil edib  ki, bu da 2018-ci illə  müqayisədə (1 098,9 min ton) 2,9 min ton və ya 0,3% azdır.//Apa.az