SOCAR ötən il neft-qaz hasilatını ARTIRIB

 13:00 16.01.2020     738

Ötən il SOCAR birbaşa öz imkanları ilə istismar etdiyi yataqlarda 7,7 mln. ton neft hasil edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 2% çoxdur.

Redaktor.az-ın SOCAR-ın dərc etdiyi illik hesabata istinadən verdiyi məlumata görə, şirkət 2019-cu ildə 6,8 mlrd. kubmetr qaz hasil edib ki, bu da 4,6%-lik artım deməkdir.

Qeyd edək ki, ölkə üzrə ümumi qaz hasilatı 35,6 mlrd. kubmetr, neft hasilatı isə 37,5 mln. ton təşkil edib.//Apa.az