Azərbaycanda əsas kapitala yönəlmiş vəsaitin həcmi AZALIB

 12:30 21.01.2020     709

2019-cu ildə Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17 184,3 mln. manat vəsait yönəldilib ki, bu da 2018-ci illə müqayisədə 0,3% azdır.

Redaktor.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat ilində sərf edilmiş vəsaitin 65,4%-ni bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.

Ümumi sərmayənin 66,3%-i məhsul istehsalı sahələrinə, 25,8%-i xidmət sahələrinə, 7,9%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 69,8%-ni təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52%, büdcə vəsaitləri 28,3%, bank kreditləri 12%, əhalinin şəxsi vəsaitləri 5,7%, büdcədənkənar dövlət fondlarının vəsaitləri 1,2%, sair vəsaitlər isə 0,8% təşkil edib.