Azərbaycanda əhalinin gəlirləri ötən il 7,4% artıb

 17:45 21.01.2020     871

2019-cu il ərzində  ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 7,4% artaraq 57 035,0 mln. manat təşkil edib.

Redaktor.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əhalinin hər nəfərinə orta hesabla 5758,6 manatlıq gəlir düşüb. Bu da illik müqayisədə 6,5% çoxdur.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 52500,0 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 7,1 % çox vəsait qalıb.