Dünya birjalarında neftin SON QİYMƏTİ

 09:15 22.01.2020     792

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin mart müqaviləsinin dəyəri 0,40% azalaraq 1 barelə görə 64,33 dollar təşkil edib.

Redaktor.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında martda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,46% azalaraq 58,11 dollar təşkil edib.