Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları ARTIB

 10:37 22.01.2020     842

Dəmir yolu nəqliyyatı ilə 2019-cu ildə 15,2 mln. ton yük, 3,8 mln. sərnişin daşınıb.

Redaktor.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2018-ci illə müqayisədə yük daşınmasında 9,2%, sərnişin daşınmasında isə 35,5% artım müşahidə olunub.

Orta hesabla sutkada 300 vaqon yüklənib, 427 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 12,3 min ton, Qərb istiqaməti üzrə 4,2 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.