Azərbaycan Gürcüstandan siqaret idxalını 3 dəfədən çox azaldıb

 13:30 22.01.2020     887

2019-cu ildə Azərbaycanın Gürcüstandan idxal etdiyi siqaretin həcmi əvvəlki illə müqayisədə 3,3 dəfə azalaraq 1 848 468 min ədəd təşkil edib.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib. Hesabat dövründə idxal edilən siqaretin ümumi dəyəri 33 192,4 min dollar təşkil edib  ki, bu da illik müqayisədə 3 dəfə azalma deməkdir.

2018-ci ildə idxal edilən siqaret sayı 6 084 610  ədəd, ümumi dəyəri isə 99 130,5 min dollar təşkil edib.

2019-cu ildə Azərbaycanın Gürcüstandan idxal etdiyi emal edilmiş tütün və tütün əvəzedicilərinin, tütün ekstraktlarının həcmi isə 1 022,4 tona çatıb, ki bunun da dəyəri 13 432,8 min dollar təşkil edib.//Apa.az