Azərbaycan Gürcüstandan yük maşını idxalını ARTIRIB

 14:23 22.01.2020     838

2019-cu ildə Azərbaycanın Gürcüstandan yük maşını idxalı əvvəlki il ilə müqayisədə 79% və ya 733 ədəd artaraq 1 659-a çatıb.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib. Bildirilib ki, hesabat dövründə Gürcüstandan idxal edilən yük maşınlarının ümumi dəyəri 11 019,3 min dollar təşkil edib.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycan Gürcüstandan ümumi dəyəri 6 436,7 min dollar olan 926 ədəd yük maşını idxal edib.

2019-cu ildə Gürcüstandan idxal edilən traktorların sayı da əvvəlki illə müqayisədə 68,9% və ya 71 ədəd artaraq 174-ə çatıb. Gürcüstandan idxal edilən traktorların ümumi dəyəri 3 232,2 min dollar təşkil edib.

Ötən il Azərbaycan Gürcüstandan buldozer və ekskovator tipli 75 maşın idxal edib ki, bu da əvvəlki illə müqayisədə 2 dəfədən çoxdur. Hesabat dövründə idxal edilən məhsula görə edilən ödəniş 6 158 min dollar təşkil edib.

Qeyd edək ki, 2018-ci ildə isə Azərbaycan Gürcüstandan ümumi dəyəri 1 918,2 min dollar olan 31 ədəd buldozer və ekskovator tipli maşın idxal edib.//Apa.az