Azərbaycan Gürcüstana çay ixracını 20% artırıb

 14:45 22.01.2020     860

2019-cu ildə Gürcüstanın Azərbaycandan çay idxalı əvvəlki illə müqayisədə 19,5% və ya 120,1 ton artaraq 735,3 tona çatıb.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib. Bildirilib ki, hesabat dövründə idxal edilən məhsula görə Azərbaycana ödənilən məbləğ 4 556,8 min dollar təşkil edib.

Qeyd edək ki, 2018-ci ildə isə Gürcüstan Azərbaycandan 3 683,3 min dollar dəyərində 615,2 ton çay idxal edib.//Apa.az