Azərbaycanda elektrik enerjisinin istehsalı ötən il 3%-dən çox artıb

 11:46 23.01.2020     926

2019-cu ildə Azərbaycanda ümumi elektrik enerjisi istehsalı 2018-ci il ilə (25236,0 mln. kVt•st) müqayisədə 851,1 mln. kVt•st və ya 3,37% artaraq 26 087,1 mln. kVt•st çatıb.

Redaktor.az-a Energetika Nazirliyindən verilən məlumata görə, ötən il İES-lərdə elektrik enerjisinin istehsalı 2018-ci ilə ( 23 169,5 mln. kVt•st ) nisbətən 1 012,4 mln. kVt•st artaraq 24 181,9 mln. kVt•st, SES-lərdə əvvəlki ilə (1 782,2 mln. kVt•st) nisbətən 222,5 mln. kVt•st azalaraq 1559,7 mln. kVt•st, GES-lərdə isə 2018-ci ilə (39,3 mln. kVt•st) nisbətən 4,9 mln. kVt•st artaraq 44,2 mln. kVt•st təşkil edib.

KES-lərdə 2018-ci ilə (82,7 mln. kVt•st) nisbətən 22,7 mln. kVt•st artaraq 105,4 mln. kVt•st, Bio ES-lərdə isə  2018-ci ilə (162,2 mln. kVt•st) nisbətən 33,7 mln. kVt•st artaraq 195,9 mln. kVt•st enerji istehsal olunub.

Elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 2018-ci ilə (22 520,7 mln. kVt•st) nisbətən 867,7 mln. kVt•st yüklərək 23 388,4 mln. kVt•st, Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 2018-ci ilə (431,4 mln. kVt•st) nisbətən 8,1 mln. kVt•st azalaraq 423,3 mln. kVt•st, 

Bundan əlavə, Müstəqil Elektrik Stansiyaları üzrə 2018-ci (2 283,7 mln. kVt•st) nisbətən 8,3 mln. kVt•st azalaraq 2275,4 mln. kVt•st təşkil edib.