İki yaşayış massivinə qaz verilib

 21:15 23.01.2020     988

Xəzər rayonu Şüvəlan qəsəbəsi Zirə-Pirallahı yolunun sol tərəfində yerləşən “Xəşəxuna” adlanan yeni massivə və Sabunçu rayonu Ramana qəsəbəsi D.Bünyadzadə küçəsi ilə "Şuşa şəhərciyi" adlandırılan əraziyə düşən yeni massivə təbii qazın verilişi təmin olunub.

"Azəriqaz" İstehsalat Birliyindən Redaktor.az-a verilən məlumata görə, hər iki massivdə ümumilikdə 328 abonentin fərdi yaşayış evinin qazlaşdırılması üçün müxtəlif diametrli 8378 metr metal və 6185 metr polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Hər bir evə fərdi tənzimləyici və qaz sayğacı quraşdırılıb.

Qeyd edək ki, Bakı şəhəri, ətraf kənd və qəsəbələrin genişlənən hissələrinin qazlaşdırılması 2019-cu ildə qəbul olunmuş dövlət proqramı əsasında icra olunur. Həmin proqramda 22 yeni yaşayış massivinin qazlaşdırılması əksini tapıb. Artıq yaşayış massivlərinin 16-da qaz açılışları baş tutub, digərlərinə isə yaz aylarına qədər mavi yanacağın verilişi təmin olunacaq.